İsrailin Suriyaya qarşı sərhəd pozuntuları davam edir

İsrail qüvvələri Suriyanın cənubundakı Dəraa əyalətinin qərb kəndindəki "Əl-Əriza" ərazisinə daxil olub. Mənbələr sionistlər tərəfindən həyata keçirilən bu sərhəd pozuntusu ilə bağlı heç bir məlumat paylaşmayıb.

Suriyanın "Quneytra" bölgəsində sionist hərbi fəaliyyəti Suriyanın yerli mənbələri də aşağıdakıları bildirib: İşğalçı İsrail rejiminə məxsus 4 zirehli maşın Quneytranın cənub kəndindəki "Ayn Zivan" kəndinə daxil olaraq ərazidə axtarış və kəşfiyyat fəaliyyətləri aparıb.