Suriya prezidenti (HTŞ lideri) Əbu Məhəmməd Colani (Əhməd Şəraa), “Al Mashad” telekanalına verdiyi eksklüziv müsahibədə regional gündəmi sarsıdan bəyanatlarla çıxış edib.
Colani, mətbuatda geniş əks-səda doğuran və ABŞ Prezidenti Donald Trampla görüşündən sonra yaranan “Suriya ordusunun Livana daxil olacağı” barədə iddialara kəskin şəkildə son qoyub.
HTŞ lideri, Hizbullahın tərksilah edilməsi məqsədilə Suriya ordusunun Livan ərazisinə girməsinin qətiyyətlə gündəmdə olmadığını və bu hərbi müdaxilə variantının tamamilə keçmişdə qaldığını bildirib. O, həmçinin ABŞ tərəfi ilə aparılan müzakirələrin yanlış şərh edildiyini, məqsədin regional sabitlik üçün alternativ həll yolları tapmaq olduğunu vurğulayıb.
Hizbullahın Suriya müharibəsindəki rolunu kəskin şəkildə pisləyən Colani, buna baxmayaraq təşkilatla yeni bir hərbi qarşıdurmaya girmək niyyətində olmadıqlarını diqqətə çatdırıb. Regionun yeni bir müharibə fəlakətinə tab gətirə bilməyəcəyini qeyd edən Colani, Hizbullah problemini silah gücü ilə deyil, siyasi və dialoq müstəvisində həll etməyə üstünlük verdiklərini bəyan edib.
Colani Trampın Hizbullahla bağlı istəyinə cavab verdi