Bəhreynli mübariz din xadimi Şeyx Abdullah Əd-Dəqqaq, Ali-Xəlifə rejimi tərəfindən din alimlərinin həbs olunmasını qəti şəkildə pisləyib. O, vurğulayıb ki, dini azadlıqların məhdudlaşdırılması siyasətinin və dini-fikri şəxsiyyətlərə qarşı təzyiqlərin davam etdirilməsi cəmiyyətdə yalnız narazılığın və gərginliyin artmasına səbəb olacaq.
Şeyx, həmçinin dini və siyasi baxışlarına görə həbs edilən bütün alimlərin və şəxslərin dərhal və qeyd-şərtsiz azad olunmasına çağırış edib.
Xatırladaq ki, Bəhreyndə hakimiyyət orqanları şiə din xadimlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Son günlər keçirilən reyd və saxlanmalar zamanı onlarla din xadimi həbs olunub. Hakimiyyət onları “İranla əlaqələrin olması”nda ittiham edir.
Saxlanılanlar arasında hövzə elmi mərkəzlərində fəaliyyət göstərən tanınmış din xadimlərinin də olduğu bildirilir.
Yerli mənbələr baş verənləri hakimiyyətin şiə dini çevrələrinə qarşı uzun müddətdir davam edən təzyiq siyasətinin davamı kimi qiymətləndirir. Son illərdə Bəhreyndə bir sıra din xadimləri və ictimai fəallar haqqında oxşar tədbirlər görülüb.
Bəhreyn hakimiyyəti daha əvvəl İranla “rəğbət əlaqələri” ittihamı ilə 69 nəfərin vətəndaşlığını ləğv etmişdi. Həmin şəxslər arasında din xadimləri, ictimai fəallar, qadınlar və uşaqların da olduğu bildirilmişdi.
Ruhanilərin həbsi cəmiyyətdə yalnız narazılığın və gərginliyin artmasına səbəb olacaq