İranın rəsmi İRNA agentliyi bildirib ki, Tehran ABŞ-ın bölgədə müharibənin dayandırılması ilə bağlı təqdim etdiyi təklifə cavabını Pakistan vasitəçiliyi ilə göndərib.
Məlumata görə, hazırkı mərhələdə aparılan danışıqlar əsasən bölgədə hərbi qarşıdurmanın dayandırılması mövzusuna yönəlib.
İran dövlət televiziyası açıqlayıb ki, Tehranın cavabında müharibənin bütün cəbhələrdə dayandırılması məsələsi yer alıb.
Xüsusilə: Livandakı qarşıdurmaların, regional hərbi əməliyyatların, gərginliyin genişlənməsinin, dayandırılması əsas şərtlərdən biri kimi göstərilib.
Bu addım ABŞ prezidenti Donald Trump-ın İranla davam edən qarşıdurmadan yorulduğu və müharibəni sona çatdırmaq istədiyi barədə yayılan məlumatlardan sonra atılıb.
Amerika mediası daha əvvəl yazmışdı ki, Vaşinqton administrasiyası uzunmüddətli Yaxın Şərq münaqişəsinə cəlb olunmaqdan narahatdır və Çinlə planlaşdırılan zirvə görüşü öncəsi gərginliyi azaltmağa çalışır.
Reuters agentliyi də ABŞ və İran arasında məhdud və müvəqqəti atəşkəs razılaşmasına yaxın olunduğunu bildirmişdi.
Son günlər Pakistan paytaxtında diplomatik fəaliyyətin artdığı bildirilir. Mənbələrə görə, İslamabad Tehran və Vaşinqton arasında əsas əlaqə kanallarından birinə çevrilib.
Pakistan tərəfi həm regional gərginliyin azaldılması, həm də mümkün atəşkəs mexanizmlərinin hazırlanması istiqamətində fəal rol oynayır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran vasitəçilər üzərindən göndərilən mesajları hələ də araşdırır və yekun qərar qəbul edilməyib.
O qeyd edib ki, İran milli maraqlarını qorumaq şərti ilə danışıqları qiymətləndirir.
Tehran xüsusilə: Hörmüz boğazında təhlükəsizlik məsələsini, uranın zənginləşdirilməsi hüququnu “qırmızı xətt” hesab etdiyini və bu məsələlərdə geri addım atmayacağını vurğulayıb.
İran ABŞ-nin təklifinə cavabını Pakistan vasitəsi ilə göndərdi