Pakistanın Kabilə hava hücumları nəticəsində ölənlərin sayı 400-ə çatıb

Bazar ertəsi günü Pakistanın Kabildəki hava hücumları nəticəsində 400-dən çox insan həlak olub, 250-dən çox insan yaralanıb.

Bu barədə Əfqanıstanın “Tolo news” portalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

"Kabildəki Pakistan hava hücumlarında 400-dən çox insan həlak olub, 250-dən çox insan yaralanıb", - məlumatda bildirilir.

Qeyd edək ki, bazar ertəsi axşamı Kabilin müxtəlif yerlərində partlayışlar və silah səsləri barədə məlumat yayılıb. Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid Pakistanın paytaxtdakı reabilitasiya mərkəzinə zərbə endirdiyini və nəticədə ölən və yaralananların olduğunu açıqlayıb.