Bu ilin ilk iki ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları təşkil edib.
Bu, Dövlət Gömrük Komitəsinin hesabatında öz əksini tapıb.
Bu isə 2024-cü ilin analoji dövrü ilə müqayisədə 29,7% azdır.
Hesabata əsasən, bu dövr ərzində ixrac edilən məhsulların həcmi 23,1% azalaraq 3 milyard 665 milyon dollar təşkil edib. İdxalat isə 37,2% azalaraq 2 milyard 599 milyon dollara bərabər olub.
Azərbaycanın xarici ticarət dövriyyəsi 30%-ə qədər azalıb