İran İsraildə neft emalı zavodu və elektrik yarımstansiyasına zərbə endirib

İran qüvvələri İsrailin Hayfa şəhərində yerləşən neft emalı zavoduna və elektrik yarımstansiyasına raket zərbəsi endirib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İsrail KİV-ləri raket qalıqlarının şəhər ərazisinə düşdüyünü təsdiqləyib. Məlumata görə, Hayfanın müxtəlif rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.