İraqda xəstəxanaya zərbə endirilib

İraqın Müdafiə Nazirliyi ölkənin qərbində yerləşən Ənbar vilayətində hərbi hospitalın aviazərbəyə məruz qaldığını açıqlayıb.

Hücum nəticəsində 7 hərbçi həyatını itirib, daha 13 nəfər isə yaralanıb.

Nazirlik hadisə ilə bağlı əlavə detallar paylaşmayıb. Zərbənin kim tərəfindən həyata keçirildiyini açıqlamayıb.

Xatırladaq ki, ABŞ-İsrail İraq ərazisinə də zərbələr endirir.