Dünyanın diqqət mərkəzində olan İran, İsrail və Amerika arasında başlanan müharibə gözlənildiyindən daha geniş miqyasda və daha amansız şəkildə davam edir. Müttəfiqlərin iddia etdiyi kimi müharibə nə üç günə yekunlaşdı, nə də dini liderin şəhid edilməsi ilə sistem dəyişdi. Əksinə, İranın müharibəni bütün Yaxın Şərqə yayacağı barədə iddiaları, Amerikanın bölgədəki hərbi bazaları və İsrailin raket hücumları reallığa çevrildi. Bu gün analitiklər “molla rejiminin” belə bir hərbi güc nümayiş etdirməsini heyrətlə izlədiklərini gizlətmirlər.
Məsələnin mahiyyəti güclərin düzgün hesablanmaması və ya gizli layihələrin gözlənilməz təsiri ilə bağlıdır. Bu isə müharibənin gedişinə daha dərin baxış tələb edir. Bir neçə ay öncə Amerika və İsrailin İrana hücumu zamanı İranın müdafiəsi zəif görünürdü. Dünya mediası da bu təəssüratı gücləndirirdi. Hətta 12 günlük müharibənin ilk günlərində daxili terror və qarışıqlıq fonunda İran ciddi zərbələr aldı, bu da düşmən tərəfin qələbə ümidlərini artırdı. Lakin sonrakı hücumlar göstərdi ki, İran gözlənildiyindən daha böyük gücə və müharibə siyasətində xüsusi kombinasiyalara malikdir.
İranın tarixi kökləri uzun illər imperiya idarəçiliyinə dayanır. Son şah rejiminin süqutuna qədər formalaşmış idarəçilik modeli 1979-cu ildə qurulan İslam Respublikasının əsaslarına da təsirsiz ötüşmədi. İlk illərdə terror dalğaları, ardınca isə 1980–1988-ci illərdə İraq–İran müharibəsi ilə üzləşən dövlət, inqilabdan əvvəlki 15 illik (1963–1978) daxili sarsıntılara baxmayaraq müharibədə mətanət göstərə bildi. Burada dini inanc amili mühüm rol oynasa da, siyasi gedişlərin kökündə tarixi dövlətçilik dəyərlərinin təsiri danılmazdır.
İranın özünü bərpa dövrü 1990-cı illərdə başladı. Lakin bu mərhələ də asan olmadı. Çünki həm İraqla düşmənçilik, həm də Qərbin davamlı sanksiyaları ölkəni çətin vəziyyətə salırdı. Buna baxmayaraq, hər il yeni sanksiya paketləri ilə üzləşən İran inkişaf etməyə, möhkəmlənməyə və güclənməyə məcbur idi.
1-ci hissənin sonu
İran–Amerika və İsrail arasında müharibə: gözləntilər və nəticələr. 1-ci hissə