Netanyahunun Avropaya çağırışı İsrailin aciz duruma düşməsinə əyani sübutdur

İsrailin baş naziri Benyamin Netahyahunun Avropa ölkələrinə müharibəyə qoşulmaq barədə çağırışı müxtəlif rakurslardan hadisəni dəyərləndirməyə imkan verir. Bu, iddialı və hətta İranı çökdürmək üçün İsrailə 3 gün vaxtın lazım olduğunu söyləyən bir "şəxsin" artıq 20 günü ötən müharibədə acizliyi olaraq da görünür.

Əslində 12 günlük müharibədə eyni ssenarini yaşayan İsrail hələ o zamanda lazımi nəticəni ala bilməmə səbəbindən Amerikadan İranın nüvə obyektlərinə zərbə üçün dəstək istədiyi uzaq keçmiş deyil. Görünür bu müharibə üçün lazımi dərs çıxara bilməyən İsrail rəsmisi bu dəfə daha çətin bir durumla üzləşib.

Bunu İsraildə dəmir qübbənin müdafiə sistemində acınacaqlı durum da aydın söyləyir. Lakin məsələnin daha dəqiq cizgilərini elə İsrail rəsmisi özü, öz dili ilə səsləndirir.

Çağrışında o, İran tərəfinin Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atığını və bununla da İranda olan silahların Avropanın dərinliklərinə çatma imkanına diqqət çəkib. Güya Avropa bundan xəbərsizmiş kimi bir imitasiya yaratmağa çalışıb. Hansı ki, müharibədən əvvəl İran uzaqmənzilli raketlərin sınağı çərçivəsində Sibir istiqamətinə raket atmaqla dünyaya hansı həddə qədər raketlərinin uzanacağını nümayiş etdirmişdi.

Bəllidir ki, İsrail ehtiyatlı sözlər danışmaqla özünün acizliyini pərdələyərək müharibə imkanlarını gizlətmək üçün özünü Avropaya “canıyanan” biri kimi təqdim etmək istəyib. Bundan əlavə, o, incə sözlər seçərək İran raketlərinin dinc əhaliyə yönəlməsini ona qarşı müharibə səbəbi kimi göstərmək istəyib.

Yaxın tarixdə Qəzzanın 70 minlik dinc əhalisinin soyqırımı, son müharibədə livanda 1000-dən artıq, İranda isə 3000-dən çox dinc əhalinin qətliamı sionist liderinin özü barəsində unutduğu həqiqət olmasını bu məsələlərdə əzilən tərəf obrazı arxasında gizlətmə cəhdinin uğursuzluğu ilə acizliyini bir daha ortaya qoymuş olub.

İsrailin gözlədiyi dünya ölkələrindən dəstək hegemon qüvvələrə qarşı duruş göstərən İran önündə düşdüyü acınacaqlı durumdur. İsrail öz uğurunu İran rəsmilərinin öldürülməsində göstərməyə çalışsa da, İran bunun əksi olaraq xalqının düşmən önündə rəşadət və mətanəti ilə İsraili çökdürməyə davam edir.

Məlumat üçün qeyd edək ki, İsrailin Qəzzada soyqırımına etiraz olaraq bir il ərzində Avropa da daxil dünyada 7 mindən artıq aksiya keçirilib. Beynəlxaq Ədalət Məhkəməsi Netanyahunun həbsi qərarını verib, ölkəsində isə BiBi-nin məhkəməsi hələ də davam edir.