İran regionda təhlükəsizliyi təmin etmək və hərbi əməkdaşlığı inkişaf etdirmək üçün ABŞ və İsrailin iştirakı olmadan dövlətlər ittifaqı yaratmağa ehtiyac duyduğunu və buna hazır olduğunu bəyan edib.
Bu açıqlama ilə İran Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib: "ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizlik və hərbi əməkdaşlığı təmin etmək üçün dövlətlər ittifaqı yaratmağın vaxtı gəlib çatıb".
İran ordusunun məlumatına görə, regiondakı ölkələr "təhlükəsizliyini təmin etmək üçün minlərlə kilometr uzaqlıqda yerləşən dövlətə heç vaxt ehtiyac duymayacaqlar".
Baş Qərargah qeyd edib ki, İran regiondakı ölkələrin "İsrailin təhlükəsizliyini və maraqlarını hər şeydən üstün tutan bir dövlətə ehtiyac duymadığına" və "regional dövlətlərdə yalnız torpaqlarında saxlanılan sərvəti gördüyünə" əmindir.
İran Yaxın Şərq dövlətlərini ABŞ və İsrailsiz ittifaqa çağırdı