Suriyada hərbi baza İraqdan gələn dronların hücumuna məruz qalıb

Suriyanın şimal-şərqindəki Haseke vilayətində yerləşən Kasrak hərbi bazası İraqdan atılan dronların hədəfi olub.

Bu barədə Suriya ordusunun mətbuat xidməti məlumat yayıb.

"Kasrak bazası dörd dronun hücumuna məruz qalıb", - məlumatda deyilir.

Hücum nəticəsində bazaya dəyən ziyan və ya insan tələfatı barədə hazırda heç bir məlumat yoxdur.