Türkiyə də qoşunlarını İraqdan çıxartdı

ABŞ-İsrailin İrana qarşı başlatdığı müharibənin fonunda Türkiyənin hərbi kontingenti NATO-nun çıxarış planı əsasında İraqdan təxliyə olunub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Regionumuzda baş verən son hadisələrlə əlaqədar olaraq ‘NATO-nun İraqdakı Missiyası’nın çıxarılması barədə qərar qəbul edilib”, – deyə qeyd edilib.

Əlavə edilib ki, bu qərara uyğun olaraq, İraqın paytaxtı Bağdadda yerləşən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təxliyyəsi uğurla həyata keçirilib. NATO tərəfindən icra olunan çıxarılma planı çərçivəsində ölkəmiz müttəfiq ölkələrin personalının təxliyyəsinə də dəstək göstərib.