Orta məktəblərdə süni hicab qadağası artıq bəzi məktəblərdə şagirləri təhsildən məhrum edib. Təhsil Nazirliyinin susduğu problemin qurbanları illərdir təhsil aldıqları məktəbin qapıları arxasında qaldılar. Bu dəfə qadağa Bakı şəhəri Mehdiabad qəsəbəsi 3 saylı orta məktəbində yaşanıb.
23 şagird tədrisdən uzaqlaşdırılıb. Təxminən 5 və 7-ci sinifləri əhatə edən qız uşaqlarına tapşırıq verilib ki, onlar hicablarını açmayana qədər məktəbə gələ bilməzlər.
Məktəbin drektoru Afət Camalova hicablı şagirdlər və onların valideynləri ilə görüşüb və onlara birmənalı şəkildə bildirib ki, əgər uşaqlarının bu məktəbdə təhsil almasını istəyirlərsə, hicabdan imtina etməlidirlər. Əks halda, məktəblə vidalaşmalı olacaqlar.
Martın 10-dan şagirdlər artıq məktəbdən qovulub. Valideynlərin etirazları və mövzu ilə bağlı narahatlıqları isə baxılmadan qalıb. A. Camalova bildirib ki, hara istəsəniz müraciət edin, tapşırıq belədir və uşaqlarınız məktəbə hicabla buraxılmayacaq.
3 saylı orta məktəbdən 23 şagird hicab səbəbindən məktəbdən qovulub