"Lans" - PSJ oyunu təxirə salındı

Fransa Liqa 1-in 29-cu turunun "Lans" - PSJ oyunu təxirə salınıb.

Bu addım Paris klubunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə "Liverpul"u ilə matça daha yaxşı hazırlaşa bilməsi səbəbindən atılıb.

Lakin Liqa 1-in qərarı birmənalı qarşılanmayıb. Çünki "Lans" hazırda ölkə çempionluğu uğrunda PSJ-nin əsas rəqibidir və qarşı tərəfin təxirəsalma ilə bağlı təklifini qəbul etməmişdi. Buna baxmayaraq, Fransa çempionatının təşkilatçıları "Lans"ın maraqlarını nəzərə almadan paytaxt təmsilçisinin xeyrinə qərar çıxarıblar.

Qeyd edək ki, "Lans"dan bir oyun az keçirən PSJ hazırda turnir cədvəlində 60 xalla ilk pillədədir. Liderdən bir xal az toplayan Lans şəhərinin eyniadlı təmsilçisi 2-ci sırada qərarlaşıb.