Müqtəda əs-Sədr İraqı kütləvi etiraz aksiyaları keçirməyə çağırıb

İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr İraq xalqını ABŞ-İsrail hücumlarına etiraz olaraq ölkə daxilində nümayişlər keçirməyə çağırıb.

Sədr etnik mənsubiyyətindən və siyasi baxışlarından asılı olmayaraq bütün İraq xalqını gələn şənbə günü ölkənin bütün əyalətlərində nümayişlər keçirməyə dəvət edib.

Bu nümayişlərin məqsədinin "ABŞ-Sionistlərin İrana hücumunu pisləmək" və "bölgədə sülh tələb etmək" olduğu bildirilib.

Bəyanatda etirazların tamamilə dinc, yaxşı təşkil olunmuş və yalnız İraq bayrağı ilə keçirilməli olduğu vurğulanıb.