Drektor məcbur örtünməyən şagirdləri dərsə buraxılacağını desə də...

Tədris müəssisələrində 2026-cı ilin başlanğıcı ilə qadağalarla üzləşən hicablı şagirdlər artıq günlərdir ki, təhsildən məhrum olub. Azərbaycanın müxtəlif kənd və rayonlarında drektorların qadağası bu gün yüzlərcə qız uşağını bağlı məktəb qapıları arxasında qoyub. Əlaqədar təşkilatlar isə hələ ki, məsələyə susqun və gözləmə mövqeyindədirlər.

Bakı şəhəri Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 nömrəli tam orta məktəbdə təhsil alan və hal-hazırda məktəbə buraxılmayan qız uşaqlarından birinin valideyni məcələnin bu ilin fevral ayından uşaqların hicaba məcbur edilib-edilməməsi ilə bağlı gündəmə gəldiyini söyləyir:

“Məktəbin drektoru Pənah Babayev fevralın əvvəlində hicablı qızları siyahıya aldı. 20-dən artıq hicablı şagirdin siyahısı tamamlanandan sonra o, bildirildi ki, uşaqlarla psixoloq danışacaq. Əgər uşaqların hicab bağlamaqları zor və məcburiyyət üzündən deyil, uşaqların öz istəyindən olarsa, onların təhsil almalarına heç bir maniə yaradılmayacaq.

Lakin bir neçə gündən sonra şagirdlərin hicabı öz istəkləri və təzyiq olmadan taxdıqlarını anlayan drektor siyahıya alınan uşaqları məktəbin idman zalına toplayaraq onlara sərt şəkildə bildirir ki, hicabınızı mütləq açmalısız, əks halda hamınızı məktəbdən qovacağam.

Bu məsələni eşidən bütün valideynlər toplanaraq məktəbə getdik. Drektorla görüşüb qanunla icazəli olduğu halda uşaqların dərsə buraxılmayacağı ilə bağlı xəbərdarlığın səbəbini öyrənmək istədikdə o, bizə bildirdi ki, tapşırıq belədir və uşaqlar dərsə gəlmək istəyirsə mütləq başlarını açmalıdırlar. Biz tapşırığın kim tərəfindən gəlməsini soruşsaq da o, buna cavab vermədən bizi otaqdan çıxardı.”

Məktəblilərin hicaba görə təhsildən məhrum edilmələri isə mart ayının 10-dan başlayır. Məktəb drektoru Pənah Babayev o gündən bütün hicablı şagirdlərin məktəbə gəlməsini yasaqlayır. 20 gündən artıqdır ki, müxtəlif yaş qruplarına aid 21 qız uşağı hicablı olma səbəbi ilə təhsildən məhrum edilib.

Dünyanın heç bir yerində analoqu yaşanmayan qadağa əhalisinin böyük əksəriyyəti müsəlman olan, bayrağında İslam rəmzi yaşıl zolaq, Quranı Konsitutsiya ilə yanaşı and yeri göstərilən bir ölkə olaraq Azərbaycanda qız uşaqlarının inancından dolayı baş örtüyünün hədəfə alınması heç dir normativ tanımır.