Gürcüstanın keçmiş lideri Saakaşvilinin həkimləri və vəkilləri xəbərdarlıq etdi: O, ölüm təhlükəsi ilə üz-üzədir

Gürcüstanda reanimasiyaya aparılan sabiq prezident Mixail Saakaşvilinin həkimləri və vəkilləri həbsdə olan siyasətçinin ağır çəki itirməsi səbəbindən “ölüm riski” ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər. 55 yaşlı keçmiş lider 2021-ci ilin oktyabrında “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə həbs edilib. Bu qərara etiraz olaraq 50 gün aclıq aksiyası keçirən siyasətçi ötən il xəstəxanaya köçürülüb. Saakaşvilinin bu prosesdə çəkisinin 115-dən 68-ə düşdüyünə diqqət çəkən vəkillər, "Bu arıqlama onun həyatını təhlükə altına alır" deyib. Keçmiş prezidenti araşdıran Dr. Mariam Jichkariani deyib: "Onun vəziyyətinə düzgün diaqnoz qoyulmazsa və adekvat tibbi yardım göstərilməzsə, onun ölüm riski var".

Gürcüstanın ədliyyə naziri Rati Breqadze isə bəyanatların həqiqəti əks etdirmədiyini iddia edərək, Saakaşvilinin “bütün lazımi müalicəni aldığını” vurğulayıb. “Normal yeməkdən imtina etməklə, bu şəxs özünə zərər verir”, - deyən Breqadze keçmiş prezidenti “sadə bir məqsədlə azadlığa çıxmaqda” günahlandırıb. 8 il əvvəl ABŞ-a gedən sabiq prezident daha sonra Ukraynaya gələrək bu ölkənin vətəndaşlığını alaraq burada siyasi vəzifələri üzərinə götürüb.

2021-ci ildə Saakaşvili ölkəsinə qayıdanda dərhal sonra həbs edilir. Ukrayna prezidenti Vladimir Zelenski Twitter-də Saakaşvilinin səhhəti ilə bağlı mesaj paylaşaraq, “Mən dünyanı Mayklın həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək etməyə çağırıram” deyib və Gürcüstan hakimiyyətini “onu yavaş-yavaş öldürməkdə” ittiham edib.

Avropa Şurası ötən il Gürcüstanı Saakaşvilini azad etməyə çağırıb və onu “siyasi məhbus” kimi xarakterizə edib. Amnesty İnternational Saakaşviliyə qarşı münasibəti də “açıq siyasi qisas” kimi qiymətləndirib.