“Müsəlmanlar Quranı yandıranların ardınca getməzlər”

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu Baş Komandanı general-mayor Hüseyn Səlami Avropada Quranı yandıranlara xəbərdarlıq edib. O, dünən qatıldığı tədbirdə etdiyi çıxışda Avropada Quranın yandırılması aktına reaksiya verib. Səlami “Quranın əzəmətinə və cazibəsinə dözə bilməyən düşmənlər ona hörmətsizlik etməyə əl atdılar” - deyib. Qurani-Kərimi yandıranların mürtəd Salman Rüşdinin taleyindən dərs almaları lazım olduğunu bildirən general-mayor, "Müsəlmanlar onları cəzalandıracaq. Hər gecə kabus görəcəklər, illər keçsə də müsəlmanlar sizin arxanca gələcəklər" ifadəsini işlədib.

İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Kənani bəzi Avropa ölkələrinin ifratçıların guya ifadə azadlığını dəstəkləmək bəhanəsi ilə İslami dəyərləri təhqir etmələrinə icazə verdiyini ifadə edərək, bu ölkələrin islamofobiyanı öz cəmiyyətlərində institutlaşdırdıqlarını vurğulayıb. Bu cür hərəkətlərin ifadə və fikir azadlığı ilə heç bir əlaqəsi olmadığını qeyd edən Kənani, "1,5 milyard müsəlmanın müqəddəs kitabına hörmətsizliyin təkrarlanması bütün müsəlmanlara qarşı nifrət yaymağın və zorakılığı qızışdırmağın bariz nümunəsidir" söyləyib.