Hacı Tale Bağırzadə həbsxanadan məktub ünvanladı. Məktubda deyilir:
"Bağışlayan və Mehriban Allahın adı ilə.
Məktubumun ilk sətrini HƏMAS-ın böyük lideri İsmayıl Haniyəyə ünvanlanan baş sağlıq sətirləri ilə başlamaq istərdim. Sizin ailənizə qarşı edilən məkirli terror addımı və nəticədə üç övladınız və üç nəvənizin şəhadəti bir ailə başçısı üçün necə böyük itki olduğunu təsəvvür etmək çətin deyil. Eyni halda xalqın hər bir fərdini öz doğması bilən Haniənin şəhadəti qəlb yanğısı ilə yaşaması və dərdi qəzzalılarla bölüşməsi isə bu acının daşınmasını yüngülləşdirən ağrısıdır.
Lider ailəsinin xalqın ayrılmaz parçası olaraq hadisənin mərkəzində, haqq savaşında iştirakı deyilənlərə əyani nümunədir. Eyni halda Haniyənin aldığı xəbər zamanı sonsuz səbri isə aram nəfsin ilahi feyzə bağlı sabit iman ilə kamil bir Qəzza əsəridir.
Bir daha bu acı faciə, əziz övladlarının şəhadət xəbəri, eyni halda Qəzza qətliamında biz, böyük səbr nümayiş etdirən ail sərkərdə İsmail Haniyəyə öz dərin baş sağlığımızı bildirir və Allahdan məzlum, eyni halda mübariz Qəzza xalqının şəhidlərinə rəhmət, yaralılarına şəfa və xalqına isə savaşlarında qələbə diləyirik.
Qəzzanın bəşər tarixində əzmkar mübarizəsi, rəşadətli duruş və əqidəvi şəhadət salnaməsi yazan addımları bir xalqın təkcə bu gün deyil, gələcək nəsillər üçün də nümunə olacağı şübhəsizdir. Haqq savaşında xalq qeyri bərabər güclər, məhdud imkanlar və sonsuz məhrumiyyətlərə baxmayaraq on illiklərlə sürən bu müharibədə düşmənə, vətən anlayışına həqiqi məna verən mübarizə dərsi verdi.
Sınmaz iradə önündə acizlik isə sionizmin əsil xislətini, uşaq qətliamı gerçəkləşdirən iyrənc simasını üzə çıxardı ki, bundan sonda əsrlər ötsə belə bu yırtıcı tayfanı insanlıq fərqli qarşılamayacaq. Eyniliklə fələstinlilərin körpəsindən qocasına, əsgərindən rəhbərinə, bir sözlə Qəzza xalqının nümayiş etdirdiyi sədaqət əsərinin varlığı kimi.
Sizin bir xalq olaraq göstərdiyiniz şücaət qanın qılınca qələbəsinin simvolu olan Kərbəla hadisəsinin növbəti tarixi yenilənməsidir. Qəzza xalqı göstərdi ki, zülmlə mübarizə nə kiçik nöqtə, nə əliyalın xalq, nə də hər tərəfi blokadaya alınmadan qat-qat uca, Allahın razılıq və dəstəyinə əsaslanan bir mübarizədir.
Bütün haqqın tam batillə qarşı-qarşıya durduğu bu mübarizədə İlahi yardım heç şübhəsiz haqqı qalib edəcək. Şəhadət qanı haqqın zəfər imzasıdır. Bu imzanın Qüdsün fəzasında qoyulacağı isə şübhəsizdir.
Müsəlman Birliyi Hərəkatının üzvləri olaraq biz, ilk gündən HƏMASın haqq savaşının yanında olmuş və bu mübarizədə həmişə sizin haqlı qələbənizə inanmışıq. Təəssüf ki, Azərbaycan hamiyyətinın israilyönlü siyasəti bizim də bir çox üzvlərimizi zindan həyatına məhkum edib.
Bu səbəbdəndir ki, sizə maddi-mənəvi dəstəyimizi nümayiş etdirə bilmirik. Lakin bütün qəlbimizlə HƏMASı dəstələyərək onlarla həmdərd və həmrəyik.
Həbsxananın barmaqlıqları səsimizin sizə çatmasını məhdudlaşdırsa da, dualarımızın sizə yetməsinə əsla əngəl ola bilməz. Bütün ruhumuzla sizinləyik və Allahın yardımı ilə yaxın zamanda qələbənizə əminik.
Qalibiyyət Allahdandır. Fəth yaxındır.
Hacı Tale Bağırzadə.
17 aprel 2024-cü il
12 saylı cəzaçəkmə müəssisəsi."
Bütün qəlbimizlə HƏMASı dəstələyərək onlarla həmdərd və həmrəyik