"Atrium" əyləncə mərkəzində yanğın

Bakıda “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən "Atrium" əyləncə mərkəzində yanğın başlayıb. Ərazidə Fövqəladə Hallar Nazirliyi qrupu çalışır. Yanğının söndürülməsi ilə məşğuldurlar.

Son dövrlər yanğın halları aktivləşib. Ötən gün Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə də yanğın baş vermişdi.

Taxta bazarındakı yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000kv.m sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.