Hərəm Müdafiəçisi həbsxanada dünyasını dəyişib

Hz. Zeynəbin (s.ə) məqbərəsinin müdafiəçisi Tale Yusufov aprelin 22-də cəza çəkdiyi həbsxanada dünyasını dəyişib. Məlumat sosial media üzərindən yayılıb. Onun hansı səbəbdən ölümü haqda məlumat verilməsə də Tale Yusifovun həbs dövründə aldığı işgəncələrdən sonra səhhətində ciddi problemlərin olduğu onun ölüm səbəbləri arasındadır.

 Rasthaber Talenin bir neçə ay əvvəl, Azərbaycanda keçirilən prezident seçkiləri zamanı həbsxanada ruhi və psixoloji işgəncələrə məruz qaldığını qeyd edib.

Bu zorakılığa səbəb isə həbsxana rəisinin Tale Tusufova seçkilərdə iştirak etməsi və İlham Əliyevə səs verməsi üçün təzyiq etməsi olub. Yusifov səs vermək istəmədiyi üçün ona qarşı zorakılıq və təzyiqlər olunub.

 Tale Yusufov son iyirmi ildə gecə namazını qılmaq, Aşura ziyarəti oxumaqla xüsusi eşq nümayiş etdiribmiş. Onun bütün ümidi və arzusu sionist rejimlə döyüşmək, haqq yolunda xidmət etmək və şəhid olmaq olub.