Şeyx Zəkzaki: İran "İsrailin məğlubedilməzliyi" illuziyasını məhv elədi

"İran "İsrailin məğlubedilməzliyi" illuziyasını məhv elədi!".

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Nigeriya İslami Hərəkatının Rəhbəri Şeyx İbrahim Zəkzəki Nigeriyada bəzi dini qurum rəsmiləri və ictimai fəallarla görüşündə “Doğru vəd” əməliyyatına toxunaraq deyib:

"İranın İsrailə hücumu dünyanın hər yerində bütün dinlərdən olan məzlum insanların qəlbində ümid yaratdı.".

Zəkzaki vurğulayıb ki, İran İnqilab Keşikçiləri Korpusunun İsrailə hücumu bu rejimin daha çox cinayət törətməsinə mane olacaq;

"Bu hücumun mesajı ondan ibarət idi ki, əgər bu rejim nə vaxtsa bizi təhdid edibsə, onların bizim təhlükəmizi yaşamasının vaxtıdır".

Nigeriya İslami Hərəkatının Rəhbəri daha sonra bildirib:

Bəzilərinin beynində yerləşmiş İsrailin məğlubedilməzliyi illüziyası İranın bu rejimə hücumu ilə darmadağın oldu və düşünülənlərin xəyaldan başqa bir şey olmadığını göstərdi.".