Sanksiyalar xalqımızı təslim edə bilməyəcək - Ayətullah Xamenei

İslam İnqilabının Ali Məqamlı Rəhbəri sıçrayışlı istehaslatın əsas sütununun işçilər olduğunu diqqətə çəkərək bu istehsal növünün baş verməsi ilə ölkə və xalqın varlanacağını, işçilərin cibləri və əlinin dolu olacağını buyurub

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, aprelin 24-də İranın dördbir tərəfindən əmək fəaliyyəti ilə məşğul olan bir qrup işçi "əmək" həftəsi münasibətilə İmam Xomeyni  hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin  görüşünə gediblər.

Ayətullah Xamenei bu görüşdə sıçrayışlı istehaslatın əsas sütununun işçilər olduğunu diqqətə çəkərək bu istehsal növünün baş verməsi ilə ölkə və xalqın varlanacağını, işçilərin cibləri və əlinin dolu olacağını buyurublar.

"Xalqın istehsal sferasında iştirakı və fəaliyyəti şəraiti və buna zəminə yaradılması ölkənin icraedici strukturunun mühüm vəzifəsidir" deyən İnqilab Rəhbəri daha sonra tətbiq edilmiş sanksiyaların məqsədinin İslam Respublikası Nizamını onların müstəmləkəçi və kolonist xətti ilə getməsi üçün sıxışdırcı vasitə olduğunu bildirib.

"Məlumdur ki, İslam Quruluşu, İslam qeyrəti və İslam tarixinə malik əzəmətli xalqın belə bir məcburiyyət qarşısında tabe olması qeyri-mümkündür. Həmişəyaşar xalq düşmənin düşmənçiliyindən də özünə fürsət yaradar və bunun ən bariz nümunəsi ölkənin silah sənayesi sektorunda görmək olar. Əlbətdə digər sektorlar da təzyiqlər altında olmasına baxmayaraq böyük irəliləyişlər əldə olunub", -deyə o əlavə edib.

İslam İnqilabının Rəhbəri sözünün davamında bildirib ki, sanksiyalar İran xalqını təslim edə bilməyəcək, çünki bu xalq, sərhədlərdən kənardan köməyə ürək bağlamayıb. Əlbətdə bu ruhu gücləndirmək lazımdır.