Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin "AbzasMedia işi" çərçivəsində istintaqa şahid qismində cəlb edildiyi bildirilir.

Bunu vəkil Elçin Sadıqov deyib. Amma, hələlik, bu məlumatı rəsmi qurumlar təsdiqləməyiblər.

Son aylar Azərbaycanda aralarında AbzasMedia nəşrinin rəhbərliyi və bir neçə əməkdaşı da daxil 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittiham ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər də bildirir ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə həbs edilmir.