Növbəti hərəkat üzvü karsa salınıb; Penitensiar xidmətdə özbaşnalıqlar davam edir

Sifarişlə həbs olunan inanclılar, xüsusi olaraq Müsəlman Birliyi Hərəkatının (MBH) üzvlərinə qarşı təzyiqlər səngimək bilmir. Gah çarmıxa çəkilir, gah burunları sındırılır, gah da baş şişi əmələ gəlinəcək qədər işgəncələr yaşayır MBH üzvüləri. Bütün etiraz faktları, ortada məlum görüntülər olduğu halda bunu, Penitensiar Xidmət təkzib etdiyi kimi eyni yerdən sifariş alan digər dövlət orqanları da hadisəni görməzdən gələrək, şikayətlər dinlənilmədən iş qapadılır.

Azad medianın amansızlıqla boğulduğu ortam qanunazidd istənilən addım üçün yaşıl işıq yandırıb. Hakimiyyət əlində oyuncaq olan bəzi “medialar” isə sifarişçinin fikirlərini həqiqətdən ali bilərək maliyyə resuslarını qorumaq üçün istənilən yalanı həqiqət adı ilə tirajlayır ki, bu da cəmiyyətin fikir çaşqınlığına düşməsinə səbəb olur. 

Yanlış fikir isə dövlət orqanlarında baş alıb gedən özbaşınalıqlara daha geniş vüsət verərək, cəzasızlıq mühitində hər növ eybəcərlikləri davam etdirir.

Eyniliklə mayın 5-də 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülən Elvin Quliyev kimi. Həbsxanaya gələn andan karserə salınan Elvin növbəti sifarişin qurbanı olaraq heç bir qanun pozmadan cəzalandırılıb. Penitensiarda az qala rəsmi bir forma alan bu tip hərəkat üzvüləri ilə davranış Elvin Quliyev barəsində də icra edilir.

Ailəsi Elvinə qarşı həbsxanada baş verənlərdən narahatlıq ifadə edir. Məsələni aydınlaşdırmaq, inanclının hansı səbəbə karserə salınmasına aydınlıq gətirmək üçün 17 saylı müəssisə rəhbərliyinə müraciət etmək fikrindədirlər. Lakin cəzaçəkmə müəssisəsinə gələn andan karser cəzasına alınan istənilən inanclıya qarşı addımların sifarişli olması aydındır. Qaranlıq olan isə hakimiyyətin bu kimi addımlarla nəyə nail ola biləcəyi qənaətidir.

Məsələ diqqətimizdədir.