İraq müqavimət qüvvələri işğal olunmuş ərazilərdəki “Ramun” aviabazasına raket zərbəsi endirib

İraq İslami Müqaviməti bu gün (şənbə) işğal olunmuş ərazilərin cənubundakı Ramun hərbi hava bazasına raket zərbəsi endirdiyini elan edib.

İraq İslami Müqaviməti yaydığı bəyanatda bildirib: “Bu gün səhər saatlarında işğal olunmuş ərazilərdəki Ramun hava bazasını hədəf aldıq.”

Bu bəyanata əsasən, bu hücum sionist rejimin Qəzzə zolağında günahsız insanlara qarşı cinayətlərinə cavab və Fələstin müqavimətinə dəstək olaraq, “Əl-Ərqeb” tipli inkişaf etmiş qanadlı raketlə həyata keçirilib.

 

 

Az.rasthaber.com