Müəssisəyə köçürülən gündən karserdə saxlanılan Ələkbər Sadıqovun cəza çəkdiyi 2 saylı müəssisədə rəhbərliyə müraciəti hələ də cavabsız qalıb. Ona birmənalı bildirilir ki, onun karserdə qalma cəzasının müəssisə ilə əsla əlaqəsi yoxdur. Tapşırıq Penitensiar Xidmətin rəsmiləri tərəfindəndir. Onlar icazə verməyənə qədər Ələkbər karserdə qalmalıdır.
Aprelin 26-da 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülən Ələkbər Sadıqovun karserə salınması əmri müəssisəyə baş idarədən gəlib. Bunu həbsxana rəhbərliyi gizlətmirdə. Onlar iddia edirlər ki, bundan öncə müəssisədə olan Samir Babayevlə yaranan konfilikt rəhbərliyi bərk əsəbləşdirib.
Tapşırıq da bu olub ki, müəssisəyə gələn istənilən MBH üzvü zon görməməli, karserdə saxlanılıb buradan da ciddi-qapalı müəssisələrə köçürülməlidir.
Ələkbər Sadiqov məsələ ilə bağlı müraciətlərin cavabsız qaldığını görüncə aclıq aksiyasına başlamaq fikrinə gəlib. “Ələkbərin gücü yalnız öz canına çatır deyə, barəsində çıxarılmış qanunsuz cəza üçün o aclığa başlamaq istəyir” deyə anası söyləyib.
Böyük bizness ocağına çevrilən penitensiar xidmətin yalnız məhkəmələr üçün azadlıq sənədləri hazırlanan məhbuslardan hər ay külli miqdarda rüşvət istəməsi rəsmiləri narahat etmədiyi halda Samir Babayevin həbsxana daxili hər bir dustağın haqqı olan tələbi görəsən pentesiar xidmətdə niyə bu qədər nifrətə səbəb olsun?
Axı məhkəmə sənədləri, vaxtından əvvəl azad olunma, müddətin qısaldılması və sair cəza növlərinin rekord qiymətləri heç kəs üçün gizlin deyil. Sorğulanmalı, diqqətdə saxlanılmalı məsələlər sırasında öndə gələn bu kimi cinayət faktlarının görməzdən gəlinməsi müqabilində Samir Babayevlə bağlı kiçik problemin belə böyük bir böhrana yol açması həqiqətən də təəccüblüdür.
Ailə yenə də məsələnin həll ediləcəyini düşünür. Ələkbər Sadıqovun anası zatən səhhətində yetərli problemləri olan oğlunun vəziyyətinin aclıq həddinə qədər gedib çıxmayacağına ümidlidir.
“Əgər bu məsələ həllini tapmasa oğlum aclıq aksiyasına başlayacağını deyir”