Məhəmməd Muradlı Avstriyadakı turnirin qalibi oldu

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən “Grand Prix Plus City” turnirinin blits mərhələsində qalib olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, o, 13 turdan sonra 11 xal toplayaraq birinci yeri tutub.

Eyni yarışda iştirak edən digər şahmatşımız Şəhriyar Məmmədyarov 10 xalla bürünc medala sahib çıxıb.