MBH Respublika Prokuroruna sosial media üzərindən müraciət etdi

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənablarına 
                                                                           

Müraciət:

Cənab Prokuror! Sizə media üzərindən açıq məktub ünvanlama səbəbimiz hadisənin zamana duyduğu xüsusi ehtiyac üzərindəndir. Bundan öncədə fiziki zor və işgəncələrlə bağlı müraciətlərin gecikməsi şiddət faktlarının, xəsarət izlərinin zamanla itməsinə səbəb olub ki, nəticədə cinayətkarlar cinayət cəzasından yayına bilib.

Sizə ünvanladığımız məktub mayın 8-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nəznində 12 saylı cəzaçəkmə müəssisəsində yaşanan şiddət faktı ilə əlaqədardır. Müəssisədə günlərcə verilməyən suyun yaratdığı problemlə bağlı həbsxana rəhbərliyinin məlumatlandırmasına qalxan məhbuslar Kamran Hüseynli, Rasim Məsiyev, Fuad Əsgərov və Rafiq Şahverdiyev amansızlıqda fiziki zorakılığa məruz qalıb. Cəzaçəkmə müəssisəsinin işçiləri Əziz Tağıyev, Cavid Səfərov və Şamil Xamıyev digər məhbuslara da göz dağı vermək niyyəti ilə su problemini qabardan hər dörd məhbusu döydürüblər.

Mayın 11-də müəssisəyə Ədliyyə Baş İdarəsindən də nümayəndələr gəlib və burunu sındırılan Rasim Məsiyevin vəziyyəti ilə yaxından tanış olub və onun yazılı ərizəsini alıblar. Eyni halda R. Məsiyev müəssisənin tibb məntəqəsinə yerləşdirilməklə haqqında tibbi müdaxilə gerçəkləşdirilib. Lakin bu hal təbii ki, vəziyyətin həll olunması anlamına gəlməz.

Sizə müraciətimiz məsələnin həllini öz nəzarətinizə almaqla işdə müqəssir olan şəxslərin cinayətdən yayınmama istəyidir. Eyni halda bu araşdırma vəzifəsindən sui-istifadə edib məhbusu işgəncəyə məruz qalma kimi hüquqa zidd hal yaşadan digər müəssisə işçiləri tərəfindən də məlum hadisələrin yenidən təkrarlanmasına görədir. 

I dərəcəli dövlət ədliyyə müşaviri olaraq bu vəziyyətin sizin xüsusi nəzarətinizdə olması işə hüquqi qiymət verilməsi kimi hala yardımçı olacağı şübhəsizdir.

Müsəlman Birliyi Hərəkatı
15 may 2024-cü il.