Elxan Əliyev məhkəmədə intihar edəcəyini dedi...

Bu gün Bakı Apellyasiya məhkəməsində AXCP Təşkilat Komitəsinin üzvü Elxan Əliyevin növbəti məhkəmə prosesi keçirildi. Hakim Elxan bəyin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti rədd etdi və növbəti iclası 27 may tarixinə təyin etdi. Elxan Əliyev isə baş verən qanunsuzluqlara qarşı qəti etirazını bildirərək, intihar edəcəyini dedi. "Kimsə bu gedişi durdurmalıdır, bu qədər haqsızlıq olmaz, 165 min yeyintisi olan adam mənimlə bir kamerada yatır, ona məndən az iş veriblər-5 il. Mənsə qanunsuz boynuma qoyduqları cəriməni belə ödəmişəm, amma hələ də taleyimlə oyun oynayırlar. Bir halda ki, siyasi sifarişlə mənim taleyimin üstündə oyun qurublar, mən də ölümümlə bu oyunu pozaram. Mən aclıq aksiyası keçirəndə ağır vəziyyətimi görüb söz verdilər ki, işə ədalətli baxılacaq və azadlığa çıxacam. Hər sözləri yalandır, bəlkə mənim intiharımla bu dəhşətli durumda bir dönüş olar. Bu qədər Allahsızlığa daha dözə bilmirəm.!"