Tale Bağırzadə aclıq aksiyasını dayandırdı

Bu gün (4 may) ilahiyyatçı Hacı Tale Bağırzadə telefon zəngində aclıq aksiyasını dayandırdığını elan edib. İsrailin baş Naziri Benyamin Netanyahunun Azərbaycana məlum səfərinə etiraz olaraq o, mayın 1-dən aclıq aksiyasına başlamışdı.
İlahiyyatçı uşaq qatilinin Azərbaycana səfərinin yolverilməz bir səhv olduğunu bildirərək, buna etiraz əlaməti kimi aclıq edirdi.
“Aldığımız son məlumata görə, uşaq qatilinin Azərbaycana səfəri təxirə salınıb. Buna görə də biz başladığımız aclıq aksiyasını dayandırdığımızı elan edirik.
Eyni halda buradan bəyan edirik ki, hakimiyyət Netanyahunun Azərbaycana səfərini düşünəcəyi halda buna bizlərin eyni reaksiya ilə cavab verəcəyimizi də yaddan çıxarmasın.”
Tale Bağırzadə həbsxanalarda aclıq aksiyasına başlayan hər bir şəxsə öz dərin minnətdarlığını bildirib. O, din xadimləri, ictimayyət nümayəndələri də daxil olmaqla, öz haqq səsini bəyan edib, Netanyahunun Azərbaycana gəlişinə etiraz edən hər kəsə təşəkkürünü çatdırıb.