Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunda finala yüksələ bilməyib.
ABŞ təmsilçisi yarımfinal mərhələsinin cavab matçında Kanadanın "Vankuver Uaytkeps" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "İnter Mayami"nin məğlubiyyəti ilə bitib - 1:3. Komanda ilk görüşdə də rəqibinə uduzmuşdu - 0:2.
Qeyd edək ki, mayın 2-də digər yarımfinal oyununda Meksikanın "Krus Asul" və "Uanl Tiqres" klubları üz-üzə gələcək. İlk matç heç-heçə yekunlaşıb - 1:1.
Messinin komandası yarımfinalda uduzdu