İsrail ordusunun xüsusi təyinatlı qüvvələri Dəməşq yaxınlığında eniş edib
İsrail ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında eniş edib.
Bu barədə "Al Jazeera" telekanalı Suriya hərbi mənbəsinə istinadən məlumat yayıb.
İsrailin Hərbi Hava Qüvvələrinə məxsus dörd helikopter onlarla əsgəri Dəməşqin qərbindəki Əl-Kisva ətrafında yerləşən Suriya ordusu kazarmalarının ərazisinə endirib.
Telekanalın mənbəsinin sözlərinə görə, İsrail desant qüvvələri ilə Suriya hərbçiləri arasında toqquşma olmayıb. Bundan bir qədər əvvəl Əl-Kisvada İsrail tərəfindən quraşdırılmış elektron müşahidə və dinləmə cihazları tapılıb.