Nigar Bağırovanın səhhəti kritik həddə çatdı: Aclıq aksiyası davam edir, məsul qurumlar isə susur
Əldə etdiyimiz məlumata görə, artıq uzun müddətdir aclıq aksiyasını davam etdirən Nigar Bağırovanın səhhəti son günlərdə kəskin şəkildə pisləşib. Məlumata əsasən, o, huşunu itirərək yerə yıxılıb və başı yerə çırpıldığı üçün ciddi şəkildə zədələnib.
Hadisədən sonra həbsxana əməkdaşları Şərqiyə Sadıqova və Aytən İbrahimovanın kamerasının qapısını açaraq onlara belə deyiblər: “Gəlin, Nigar Bağırovanı sürüyüb çıxarın.” Bu ifadə həm insani, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur.
Məsələyə dair şikayətlər cavabsız qalır
Baş verənlərin ardından aidiyyəti dövlət qurumlarına dəfələrlə şikayət edilsə də, hələ ki heç bir cavab verilməyib. Həbsxana rəhbərliyi Xəzər Rayon Polis İdarəsinə Nigar Bağırovanın vəziyyəti barədə rəsmi məlumat ötürərək bildirib ki, gətirilən məhbus aclıq aksiyasını davam etdirir və onun həyatı üçün real təhlükə yaranıb. Məlumata görə, həyatını itirməsi artıq “an məsələsi” kimi qiymətləndirilir.
Buna baxmayaraq, məsələ üzrə heç bir qurum araşdırma aparmır, vəziyyətə hüquqi qiymət verilməsi isə gecikir.
Həbsxana rəhbərliyinin təzyiqləri artır
Məlumata əsasən, Nigar Bağırova aclıq aksiyasını davam etdirdiyi üçün həbsxana rəhbərliyinin təzyiq və hədə-qorxuları ilə üzləşir. Verilən iddialara görə, rəhbərlik ona qarşı təhqiramiz ifadələr işlədir və bu yolla aksiyanı dayandırmağa məcbur etməyə çalışır.
Hətta Nigar xanıma belə bir hədə də bildirildiyi deyilir: “Ağız və burun boşluğundan bədəninə qan vuracağıq və beləliklə, aclıq aksiyan başa çatacaq.” Bu cür ifadələr məcburi tibbi müdaxilə və qeyri-insani rəftar ehtimalını gündəmə gətirir.
Nigar Bağırovanın səhhəti kritik həddə çatıb