BMT İsraili qınayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Doha Forumunda İsrailin Qəzzadakı əməliyyatlarını qınayıb.

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese də Qətər Əmirliyi tərəfindən təşkil edilən Doha Forumunda iştirak edib.

Albanese sosial media paylaşımında: "Doha Forumunda bir çox dövlətin əməkdaşlığı ilə həyata keçirilən İsrail soyqırımını qınadım" deyib.

"Çoxtərəfliliyin qalıqlarını qorumaq istəyən ölkələr tez bir zamanda yeni ittifaqlar qurmalı, tiranları küncə sıxışdırmalı və əsl BMT kimi ayağa qalxmalıdırlar."