İranın Ali Rəhbəri Ayətullah Xamenei qərbin media qurumları və siyasi-hərbi rəsmilərinin bəyanatlarını düşmənin təbliğat təzyiqlərinin göstəricisi adlandıraraq bildirib:
“Hegemon sistemin xalqlara, o cümlədən ilk növbədə İran xalqına yönəlmiş müxtəlif təzyiqlərinin hədəfi bəzən ərazi genişləndirməsidir; elə bu gün ABŞ hökumətinin Latın Amerikasında həyata keçirdiyi siyasətlər kimi. Bəzən isə əsas məqsəd yeraltı sərvətlərə nəzarət etməkdir”.
O, həmçinin bildirib ki, İran xalqı milli müqaviməti ilə düşmənin bu millətin “dini, tarixi və mədəni kimliyini” dəyişmək cəhdlərini puça çıxarıb. O vurğulayıb ki, düşmənin təbliğat və media hücumu “beyinlərə, qəlblərə və inanc sisteminə” yönəlib və bu şəraitdə ölkənin bütün mövcud problemlərinə və çatışmazlıqlarına baxmayaraq, İran irəliyə doğru hərəkətini davam etdirir.
İslam İnqilabının Ali lideri Qərbin media qurumlarının və siyasi-hərbi rəsmilərinin yaratdığı hay-küy düşmənin təbliğat təzyiqinin bir hissəsi olduğuna işarə edərək deyib: “Hegemon qüvvələrin xalqlara, o cümlədən İran xalqına göstərdiyi təzyiqlərin hədəfi bəzən ərazi genişlənməsidir – bu gün ABŞ-nin Latın Amerikasında etdiyi kimi”.
O deyib: Bəzən məqsəd yeraltı sərvətlərə hakim olmaqdır, bəzən isə əsas hədəf həyat tərzinin dəyişdirilməsi, ən əsası isə “kimlik dəyişdirilməsi”dir.
Ayətullah Xamenei bildirib ki, İran xalqının “dini, tarixi və mədəni kimliyini” dəyişdirmək üçün hegemon qüvvələrin yüz ildən artıqdır davam edən səyləri nəticəsiz qalıb. O vurğulayıb ki, İslam İnqilabı bu cəhdləri tamamilə boşa çıxarıb və son onilliklərdə də xalq düşmənin geniş təzyiqlərinə qarşı sarsılmaz dayanaraq bu planları puç edib.
O, müqavimət məfhumunun və leksikasının İrandan region ölkələrinə və bəzi digər ölkələrə yayılmasını real fakt kimi qiymətləndirərək deyib: Düşmən İranla və İran xalqı ilə etdiyi düşmənçiliyi başqa bir ölkəyə qarşı etsəydi, həmin ölkə çoxdan dağılmış olardı.
“Bəziləri mütəmadi olaraq hərbi toqquşma ehtimalından danışır, bəziləri isə bilərəkdən bu mövzunu qızışdıraraq xalq arasında narahatlıq yaratmağa çalışırlar, lakin – inşallah – buna nail olmayacaqlar”, – deyə Ayətullah Xamene əlavə edib.
O, düşmənin “xəttinin və hədəfinin” İslam İnqilabının əlamətlərini, məqsədlərini və məfhumlarını silmək və İmam Xomeyninin (r.ə.) xatirəsini unutdurmaq olduğunu söyləyib.
O deyib: ABŞ bu geniş və aktiv cəbhənin mərkəzində dayanır, bəzi Avropa ölkələri onun ətrafında yer alır və Avropada məskunlaşaraq çörək tapmaq üçün fəaliyyət göstərən muzdurlar, satqınlar və vətənsizlər də bu cəbhənin kənarında dururlar.
Ali Rəhbər Qərbin təbliğat və media müharibəsinə qarşı müqaviməti göstərməyin çətin, amma tamamilə mümkün olduğunu vurğulayaraq deyib: Bu istiqamətdə məddahlar dini mərasimləri inqilabi dəyərlərə bağlılıq mərkəzinə çevirməli və gənc nəslin bu mərasimlərə artan marağını dəyərləndirərək, onları inadkar və hiyləgər düşmənin hədəflərindən qorumalıdırlar.
Ayətullah Xamenei Qərbin həqiqi məqsədləri barədə danışıb