Ramazan ayı nə vaxt başlayır?

İslam dünyası üçün ən vacib aylardan biri olan Ramazana sayılı günlər qalıb. Bəs Ramazan nə vaxt başlayır?

İslam dünyasının böyük həyəcanla gözlədiyi On bir ayın sultanı Ramazan üçün geri sayım başlayıb.

Azərbaycan, Türkiyə, Sinqapur və Oman Ramazanın 19 fevral Cümə axşamı günü başlayacağını açıqlayıblar.

 

Hilalın görünməsi son müəyyənedici olacaq

Hər il olduğu kimi, Ramazanın dəqiq başlanğıcı hilalın (yeni ayın ilk gecəsi görünən ay) görünməsi ilə müəyyən ediləcək. Dünyanın müxtəlif əyalətlərində yaradılan qruplar hilalın görünməsi ilə məşğul olacaqlar.

Ayparanın rəsmi şəkildə görünməsi və İslam İnqilabının Ali Lideri Seyid Əli Xamenei ilə əlaqəli olan Aypara Görmə Komitəsi tərəfindən təsdiqlənməsi Ramazan ayının başlamasını təsdiqləyəcək. Bu prosses digər təqlid müctəhidləri tərəfindən də müəyyən olunmuş ayın görünməsindən sonra elan edilən prossesdir.

Aypara göründükdən sonra Ramazan ayının başlaması media vasitəsilə ictimaiyyətə elan edilir.