Təcridxanada ağır şəkər xəstəliyi ilə mübarizə aparan Elgiz Məmmədovun vəziyyəti təhlükəli olaraq qalır. Yüksək şəkər xəstəsi olan Elgizin tibbi müayinəyə və dəqiq müalicə dərmanlarına ehtiyacı olduğu halda, 2 saylı Bakı İstintaq Təcridxanası ona yalnız yüngül dərmanlar verməklə kifayətlənir. Nəticədə şəkərin pik həddə yüksəlməsi gəncin sağlamlığını ciddi təhlükə altına alıb.
Məsələ ilə bağlı Elgiz Məmmədovun vəkili Zibeydə Sadıqova sosial şəbəkələrdə paylaşım edib, həmçinin Penitensiar Xidmətin Baş İdarəsinin qaynar xəttinə müraciət edərək E. Məmmədovun vəziyyətinin kritik həddə çatdığını bildirib.
Eyni zamanda Elgizin ailə üzvləri də müəssisənin rəis müavini ilə görüşərək problemin ciddiliyini diqqətə çatdırıblar. İdarə tərəfindən yaxın vaxtlarda məsələnin araşdırılacağı və E. Məmmədovun həkimlə təmin ediləcəyi bildirilsə də, hələ də gəncin səhhəti təhlükə altında, baxımsız vəziyyətdə qalır.
Elgiz Məmmədov 2025-ci il iyunun 10-da saxlanılıb. Ona narkotiklərlə bağlı cinayət işi açılıb və hazırda məhkəmə prosesi davam edir. Halbuki bir uşaq atası olan E. Məmmədov saxlanılarkən tam sağlam olub, səhhətində heç bir problem olmayıb. Onun saxlanılmasına əsas səbəblərdən biri də inancı ilə bağlı Hacı Tale Bağırzadənin yanına getməsi göstərilir. Rejim əməkdaşları dəfələrlə onu Tale Bağırzadənin yanına getməkdən çəkindirsələr də, Elgiz bu davranışında heç bir qanunsuzluq görmədiyini bildirib.
Qanunun işləmədiyi mühitdə inanclıya qanunsuzluqla cavab verilir və o, şərlənir. Elgiz narkotiklərlə bağlı ittihamı rədd edir və ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyi üçün fiziki işgəncələrə məruz qalır. Vəziyyət o həddə çatır ki, onu təcridxanadan xəstəxanaya aparmağa məcbur olurlar.
Onun şəkər xəstəliyinə tutulması da məhz bu dövrə təsadüf edir. Sürətli şəkildə iştahasının pozulması və halsızlıq hər gün onu daha da zəiflədir. Təcridxanada aparılan müayinələr nəticəsində onda yüksək şəkər – diabet xəstəliyi müəyyən edilir.
Lakin lazımi tibbi yardım göstərilməməsi və yüngül dərmanlarla kifayətlənilməsi Elgizin şəkərinin təhlükəli həddə yüksəlməsinə səbəb olur. Ailənin Penitensiar Xidmətdən onun dəqiq müayinədən keçirilməsi və uyğun dərmanlarla müalicə olunması tələbi isə cavabsız qalır. Ailə hər an övladlarını itirmək təhlükəsi ilə üz-üzədir və həyəcan təbili çalır.
Hazırda Elgiz Məmmədovun vəziyyəti ağır olaraq qalır. Məsələyə təcili diqqət göstərilməzsə, bu, geri dönməz və böyük bir faciəyə səbəb ola bilər.
Penitensiar Xidmət hələ də problemə laqeyiddir