“İsrail” beynəlxalq hüquqa görə işğalçı dövlətdir
Hizbullahın baş katibi Şeyx Nəim Qasim çərşənbə axşamı Livanın Bəqaa bölgəsinin Brital qəsəbəsində cihad şəhidi Əli Səlhəbin anım mərasimində çıxış edib. O bildirib ki, beynəlxalq hüquq “İsrail”i açıq şəkildə işğalçı dövlət kimi tanıyır, lakin qlobal hegemon güclər işğalı legitimləşdirməyə və Fələstin torpaqlarını qəsb etməyə çalışır.
Şeyx Qasim vurğulayıb ki, bütün hərbi, siyasi və beynəlxalq dəstəyə baxmayaraq, “İsrail” bu gün tarixində olmadığı qədər zəif vəziyyətdədir və Qəzza, Livan, İran və Yəmən cəbhələrində öz hədəflərinə çata bilməyib.
Çıxışında Şeyx Qasim qeyd edib ki, “İsrail” faktiki olaraq ABŞ tərəfindən idarə olunur və bu qurum artıq öz müstəqilliyini itirib. Onun sözlərinə görə, bu məsələ hazırda elə işğalçı rejimin daxilində də müzakirə predmetinə çevrilib.
Şeyx Qasim əlavə edib ki, Livandakı müqavimət qüvvələri “İsrail”in sərhədsiz və qeyri-sabit qalmasında maraqlıdır və bu məqsədə çatmağın müxtəlif yolları var. O vurğulayıb ki, müqavimətin əsas gücü dözümlülük və davamlılıqdır:
“Biz elə mərhələlərdən keçmişik ki, dağlar belə buna tab gətirə bilməzdi, amma biz qaldıq, dözdük və yolumuza davam etdik”.
“Bu, dövlətin vəzifəsidir, amma biz üzərimizə götürdük”
Hizbullahın baş katibi bildirib ki, İsrailin hücumları nəticəsində evlərini itirmiş ailələr üçün 3 aylıq yaşayış xərcləri partiya tərəfindən qarşılanıb. O qeyd edib ki, bu əslində dövlətin öhdəliyidir, lakin Hizbullah xalqın yanında olmağı öz borcu hesab edir.
Şeyx Qasim çıxışında “Biz Livanı qurmaq istəyirik” deyə vurğulayıb və sosial sabitliyin qorunmasının prioritet olduğunu bildirib.
Şeyx Nəim Qasim Hizbullahın qarşıdakı parlament seçkilərinə hazırlaşdığını da açıqlayıb. O, partiyanın seçkilərin vaxtında keçirilməsinin tərəfdarı olduğunu və siyasi prosesdə aktiv iştirak edəcəyini bildirib.
Eyni zamanda, o qeyd edib ki, müqavimət Livanı dövlətin olmadığı, ordunun isə torpaqları müdafiə etmək gücündə olmadığı dövrlərdə qoruyub. Dövlət rəsmilərini müqavimətin təcrübə və imkanlarından müdafiə sahəsində faydalanmağa çağırıb.
“Müqaviməti heç kim qadağan edə bilməz”
Şeyx Qasim vurğulayıb ki, Livanda müqavimət Konstitusiya və Milli Razılaşma Sənədi ilə təmin olunub və onu heç bir qüvvə qadağan edə bilməz. Onun sözlərinə görə, Livan dünyada fəxr edirsə, bu, ordunun, xalqın və müqavimətin birliyi sayəsində əldə olunan azadlıqla fəxr etməlidir.
O, həmçinin “Ümmətin Şəhidlər Rəhbəri” Seyid Həsən Nəsrullahı böyük şəhid adlandıraraq, onun Livanın gücünü qorumaq uğrunda canını fəda etdiyini bildirib.
Çıxışının sonunda Şeyx Qasim İrana salam göndərərək, 1979-cu il İslam İnqilabının qələbə ildönümü münasibətilə İran xalqını təbrik edib. O bildirib ki, İran inqilabdan bəri möhkəm və ləyaqətli şəkildə irəliləyir və İnqilabın Rəhbəri Seyid Əli Xameneinin rəhbərliyi altında daim qalib olacaq.
“İsrail ABŞ-nin idarə etdiyi qeyri-sabit qurumdur”