Bu gün İslam dünyası Qurban bayramı gününü qeyd edir

Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır.

Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.

Bu anlar Məkkədə hacılar qurban kəsməklə bu İlahi ayini icra edirlər. Məkkə xaric digər məkanlarda qurban kəsmək müstəhəbb (bəyənilən) əməl sayılır. Məkkədə isə bu əməl vacibdir.

Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı ilə bağlı mayın 27, 28-i qeyri-iş günləridir.