İsrail ordusu “Hizbullah”ın obyektlərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah”ın obyektlərinə zərbələr endirib.

Bu barədə IDF məlumat yayıb.

IDF-in məlumatına görə, “Hizbullah”ın Bəqa vadisi və Livanın cənubundakı infrastruktur obyektlərinə zərbələr endirilib.

Xatırladaq ki, martın 2-də hərbi eskalasiya başlayandan bəri İsrailin Livan ərazisinə intensive hücumları nəticəsində həlak olan mülki livanlıların ümumi sayı 3185-ə, 9633 nəfər isə yaralanıb.