Azərbaycan "Transparency International" təşkilatının ötən il üzrə hazırladığı Korrupsiyanın Qavranılması İndeksində 182 ölkə arasından 130-cu yer tutub.
İndeks 182 ölkə və ərazidə dövlət sektorunda korrupsiya haqqında ekspert, habelə biznes adamlarının təsəvvürlərinin, qavrayışının səviyyəsini göstərir. Hər ölkənin indeksi azı üç fərqli mənbədən alınan məlumatlar əsasında hesablanır, ümumilikdə 13 müxtəlif korrupsiya sorğusu və qiymətləndirməsinə əsaslanır. Bu məlumatları Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla, müxtəlif nüfuzlu qurumlar toplayır.
Azərbaycan 100 ballıq şkalada 30 bal toplayıb. Şkala üzrə 0 ən çox korrupsiyaya bulaşmış, 100 isə ən şəffaf ölkələri göstərir. Azərbaycan 2024-cü illə müqayisədə şəffaflığa doğru 8 bal irəliləyib.
Qonşu ölkələrdən Gürcüstan 50, Ermənistan 46, Türkiyə 31, İran 23,
Rusiya 22 bal toplayıb.
Siyahıya 89 balla Danimarka liderlik edib. Finlandiya və Sinqapur 88 və 84 balla növbəti yerləri tutublar.
Azərbaycan Korrupsiya İndeksində 182 ölkə arasından 130-cu yer tutub