Gürcüstanın İmam Əli (ə) məscidində növbəti cümə namazı qılınıb

Gürcüstanın Marneuli şəhərindəki İmam Əli (ə) məscidində növbəti cümə namazı qılınıb. İlahiyyatçı Hacı Hacıyevin imamətliyi ilə gerçəkləşən cümə namazının bu həftəki mövzusu qarşıdan gələn Mübarək Ramazan ayı barəsində olub.

H. Hacıyev Mübarək Ramazan ayının gəlişi astanasında olan insanları İlahi ziyafətin gözəlliyi ilə yanaşı bu ayın əhəmiyyətinə də diqqət çəkib. Ramazan ayın fəzilətləri, namazları, tutlan oruclar, duların qəbulu və bu kimi dəyərləri bu həftə cümə xütbəsinin əsas mövzusu olub.

İlahiyyatçı Rəcəb, Şaban aylarının Mübarək Ramazan ayına doğru bir pillə olduğunu söyləyərək nəfsi mücadilədə xüsusi əhəmiyyət daşıyan Ramazan orucuna hər kəsin diqqətli olmasını bir daha bildirərək söhbətini yekunlaşdırıb.