İsrail Qəzzaya növbəti hava zərbəsi endirib, 8 nəfər ölüb

İsrail Ordusunun gecə saatlarında Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb.

Bu barədə Fələstin KİV-ləri məlumat yayıb.

Məlumatlara görə, Qəzzanın cənubundakı Xan-Yunis bölgəsində endirilən zərbə nəticəsində dörd nəfər həyatını itirib. Daha dörd nəfər isə sektorun şimalında, Cəbəliyyə yaxınlığında endirilən zərbə nəticəsində ölüb.

Hazırda İsrail Ordusu məlumatlara rəsmi münasibət bildirməyib. "The Times of Israel" isə yazıb ki, zərbələr ötən gecə güya beş silahlı şəxsin “sarı xətt” adlandırılan ərazidə İsrail tərəfdə yerləşən hərbçilərə yaxınlaşmasından sonra endirilib. İsrail Ordusu belə halları atəşkəs rejiminin “kobud şəkildə pozulması” kimi qiymətləndirir.