22 Bəhmən yürüşlərində geniş iştirak
İranda İslam İnqilabının 47-ci ildönümü – 22 Bəhmən münasibətilə ölkə üzrə kütləvi yürüşlər keçirilib. Paytaxt Tehran başda olmaqla bir çox şəhərdə təşkil olunan tədbirlərdə milyonlarla insan iştirak edib.
Yürüşlər dövlətin ali rəhbərliyinin iştirakı ilə baş tutub və genişmiqyaslı siyasi nümayiş xarakteri daşıyıb. Rəsmi dairələr tədbirləri xalqın inqilab ideallarına sadiqliyinin göstəricisi kimi dəyərləndiriblər.
Pezeşkian: “Xalq liderliyə dəstək üçün küçələrə çıxıb”
İran Prezidenti Məsud Pezeşkian Tehrandakı yürüşə qatılaraq çıxış edib. O bildirib ki, İran xalqı inqilabı qorumaq və rəhbərliyə itaətini nümayiş etdirmək üçün meydanlara çıxıb.
Pezeşkian vurğulayıb ki, meydanlardakı izdiham ölkənin birliyinin və qətiyyətinin açıq göstəricisidir. Onun sözlərinə görə, bu iştirak İranın daxili sabitliyinin möhkəm təməllərə söykəndiyini göstərir.
XİN rəhbəri: “Diplomatiyada gücümüz xalqdır”
İranın xarici işlər naziri Abbas Əraqçi də yürüşlərdə iştirak edib və media nümayəndələrinə açıqlama verib. O bildirib ki, 22 Bəhmən tədbirlərinə yüksək qatılım İran İslam Respublikasının gücünü nümayiş etdirir.
Əraqçi qeyd edib ki, İran diplomatiya meydanına məhz xalqın bu güclü dəstəyinə arxalanaraq çıxır. Onun sözlərinə görə, meydanlardakı xalq dəstəyi danışıqlar masasında ölkənin mövqeyini gücləndirən əsas amildir.
Dövlətin ali rəhbərliyi meydanlarda
Tədbirlərdə İran İslam Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, SEPAH-ın “Qüds” qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Seyid Əbdürrəhim Musəvi də iştirak ediblər.
Dövlətin həm mülki, həm də hərbi qanadının tam heyətlə tədbirlərdə yer alması diqqət çəkib.
Yürüşlər zamanı ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib, bəzi yerlərdə bu ölkələrin bayraqları yandırılıb. Bu görüntülər İranın xarici siyasətdə sərt mövqeyinin xalq arasında da dəstək tapdığı mesajı kimi qiymətləndirilib.
22 Bəhmən ildönümü tədbirləri İran rəhbərliyi tərəfindən həm daxili həmrəyliyin nümayişi, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan siyasi mesaj kimi təqdim olunub. Meydanlardakı kütləvi iştirak Tehranın “xalq dəstəyinə əsaslanan güc” tezisini bir daha ön plana çıxarıb.
İranda İslam İnqilabının 47-ci ildönümü qeyd edilib