Hindistan şirkəti Azərbaycandan mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyir.
Bunu Hindistanın “Bharat Petroleum” şirkətinin bölmə rəhbəri Şri Pandiyan ötən həftə keçirilən Hindistan Enerji Həftəsi çərçivəsində “The Hindu” qəzetinə deyib.
Onun sözlərinə görə, təmsil etdiyi şirkət Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) LNG alışı barədə danışıqlar aparır. O, bunu ölkənin qaz təchizatını şaxələndirmək məqsədi ilə izah edib.
Bu ilin yanvarından Azərbaycan Almaniya və Avstriyaya qaz ixrac etməyə başlayıb. Bununla da, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.
Hindistan şirkəti Azərbaycandan qaz almaq istəyir