İran İslam İnqilabının Rəhbəri Ayətullah Əli Xamenei, Təbriz və Şərqi Azərbaycan əyalətinin minlərlə sakini ilə görüşündə ABŞ-ın hərbi təhdidlərinə kəskin cavab verib.
O, bölgəyə göndərilən ABŞ aviadaşıyıcılarının İran üçün qorxu yaratmadığını bildirərək, Tehranın daha sarsıdıcı müdafiə imkanlarına sahib olduğunu vurğulayıb.
ABŞ-ın hərbi gücü ilə bağlı iddialarına toxunan Xamenei, hərbi gəmilərin təhlükəli bir vasitə olduğunu qəbul etsə də, İranın hərbi arsenalına diqqət çəkib: “Gəmidən daha təhlükəlisi, həmin gəmini dənizin dibinə göndərə biləcək silahdır.” O, “dünyanın ən güclü ordusu” hesab edilən qüvvələrin belə, elə bir zərbə ala biləcəyini qeyd edib ki, bir daha ayağa qalxa bilməzlər.
İranın daxilində baş verən hadisələri şərh edən Ayətullah Xamenei, “Dey ayı fitnəsi”ni (dekabr-yanvar aylarındakı iğtişaşlar) ABŞ və İsrail kəşfiyyatı tərəfindən planlaşdırılmış uğursuz bir çevriliş cəhdi adlandırıb. O, bu prosesdə xarici güclərin bəzi qrupları maliyyə və silahla təmin etdiyini, lakin polis, Bəsic və SEPAH qüvvələrinin xalqla birgə bu planı pozduğunu bildirib.
Ayətullah Xamenei hadisələr zamanı ölənlərlə bağlı mühüm bir bölgü aparıb:
Təhlükəsizlik qüvvələri: Sistemin müdafiəçiləri kimi ən ali şəhidlər hesab olunur.
Məsum vətəndaşlar: Küçədən keçərkən və ya təsadüfən ölənlər düşmən fitnəsinin qurbanı olan şəhidlərdir.
Aldadılanlar: Prosesə qoşulan lakin peşman olan gəncləri “bizim övladlarımız” adlandıran İnqilab rəhbəri, onlardan ölənlərin də rəsmi olaraq şəhid statusuna daxil edilməsini təqdir edib.
İranın Ali Rəhbəri çıxışının sonunda hökuməti inflyasiya ilə mübarizəyə və milli valyutanın qorunmasına çağırıb.
ABŞ-ın 47 ildir İranı məhv edə bilmədiyini etiraf etdiyini deyən Ayətullah Xamenei, İran xalqının hər cür təhdidə qarşı hazır olduğunu və gündəlik işlərinə tam arxayınlıqla davam etməli olduqlarını vurğulayıb.
Gəmidən daha təhlükəlisi onu dənizin dibinə batıra biləcək silahdır