Türkiyə mətbuatının yazdığına görə, aprelin 15-də Kahramanmaraş bölgəsindəki bir məktəbə həmin məktəbdə təhsil alan 8-ci sinif şagirdi odlu silahla daxil olaraq qarşısına çıxanlara atəş açıb.
Kahramanmaraş qubernatoru Mükerrem Ünlüer 1-i müəllim, 3-ü məktəblilər olmaqla 4 nəfərin öldüyünü, daha 20 nəfərin yaralandığını bildirib.
Silahlı məktəblinin saxlanıldığı deyilir.
Bir gün əvvəl Şanlıurfa bölgəsində də məktəbdə silahlı hücum olub, 16 nəfər yaralanmışdı.
Türkiyədə iki gündə ikinci dəfə məktəbə silahlı hücum olub, bu dəfə dünyasını dəyişənlər olub