Beyrutda təhlükəsiz ərazi qalmayıb

İsrail Müdafiə Qüvvələrinin (İMQ) yeni hücumlarından sonra Beyrutda təhlükəsiz ərazi qalmayıb. 

Xarici KİV-lər xəbər verir ki, çoxlu sayda hündürmərtəbəli binaları olan sıx məskunlaşmış Əl-Barbur rayonu zərbələrdən zərər çəkib, mağazalar ciddi şəkildə zədələnib.

Raketlərdən biri Tel Hayat rayonunun mərkəzində, demək olar ki, tamamilə dağılmış yaşayış binasının üzərinə düşüb.

Qeyd edək ki,  İsrailin Livana hücumu nəticəsində 300-dən insan həyatını itirib. Hücumlar davam edir.